...

Azərbaycan Avronest PA-nın Yerevanda keçiriləcək plenar iclasını boykot etdi

Siyasət Materials 22 Oktyabr 2014 18:52 (UTC +04:00)
Azərbaycan Avronest Parlament Assambleyasının Yerevanda keçiriləcək dördüncü plenar iclasını boykot edib. Bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.
Azərbaycan Avronest PA-nın Yerevanda keçiriləcək plenar iclasını boykot etdi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Avronest Parlament Assambleyasının Yerevanda keçiriləcək dördüncü plenar iclasında iştirak etməyəcək. Bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.

O, qeyd edib: "Keçən ilin may ayında Kiyevdə keçirilən büronın iclasında Avronest Parlament Assambleyasının dördüncü plenar iclasının Yerevanda təşkili ilə əlaqədar etirazımı bildirmişdim. Nə qədər ki, Azərbaycan torpaqları işğaldan azad edilməyib, nə qədər ki, Sərsəng su anbarının törədə biləcəyi humanitar faciəyə son qoyulmayıb, Azərbaycan nümayəndə heyəti Yerevanda Avronest-in keçirdiyi heç bir tədbirə qatılmayacaq, eyni zamanda, Ermənistanın həmsədrliyinə də qəti etirazını bildirib".

E.Süleymanov bildirib ki, oktyabrın 16-da Brüsseldə keçirilən büro iclasına əvvəlcədən həmin məzmunda etiraz məktubu göndərmişdi: "Büroda məni əvəz edən Qüdrət Həsənquliyev mənim mövqeyimi və rəsmi məktubumu bir daha orada bəyan etdi. Ərazisinin 20 faizi işğal olunmuş bir ölkənin vətəndaşları, millət vəkilləri, siyasətçləri həmin işğalçı Ermənistana gedib orada işləmək məcburiyyətinə qalmamalıdırlar. Bu bizim üçün böyük təhqirdir. Ümumiyyətlə, bu sessiyanın Yerevanda keçirilməsi Azərbaycan üçün təhqirdir. Bu, Avronestdə və Avropa institutlarında həmişə ikili standartlılıq, Azərbaycana qarşı qərəzli mövqeyin bir nümunəsidir. Necə olur ki, insan haqlarından, demokratiyadan, söz azadlığından həmişə ürək dolusu danışan qurumlar işğalçı dövlətin ərazisində belə bir tədbir keçirirlər?"

Onun sözlərinə görə, erməni fitnəkarlarının və erməni lobbisinin bu sessiyanı mart ayında Yerevanda keçirməkdə məqsədi ondan ibarətdir ki, onlar qondarma "soyqırım"ı böyük təntənə ilə keçirsinlər və bunu ora gələn qonaqlara da nümayiş etdirsinlər: "Ancaq ermənilər bilməlidirlər ki, onların qondarma "soyqırım"ından 10 il əvvəl azərbaycanlılara qarşı soyqırımın 110 illiyi tamam olur".

Qeyd edək ki, Avronest Parlament Assambleyasının dördüncü plenar iclası 2015-ci il martın 16-20-də Yerevanda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti