...

Əhməd Davudoğlu: Türkiyə Kobaninin müdafiəsi üçün qoşun göndərməyəcək

Siyasət Materials 23 Oktyabr 2014 10:08 (UTC +04:00)
Türkiyə Suriyanın Kobani şəhərinin “İslam Dövləti” yaraqlılarının nəzarəti altına düşməsini istəmir, lakin bununla yanaşı, Ankara həmin şəhərin müdafiəsi üçün qoşun göndərməyəcək.
Əhməd Davudoğlu: Türkiyə Kobaninin müdafiəsi üçün qoşun göndərməyəcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Suriyanın Kobani şəhərinin "İslam Dövləti" yaraqlılarının nəzarəti altına düşməsini istəmir, lakin bununla yanaşı, Ankara həmin şəhərin müdafiəsi üçün qoşun göndərməyəcək. Trend xəbər verir ki, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti Baş nazir Əhməd Davudoğlunun bəyanatına istinadən yazır.

Baş nazir Suriyanı, eləcə də Kobani şəhərini dünyanın lider dövlətlərinin geosiyasi oyununda şahmat fiqurlarına bənzədib.

Onun sözlərinə görə, Ankara Kobani şəhərinin əhalisinə və şəhəri müdafiə edən qüvvələrə kürd silahlı birləşmələrinin ("Peşmərgə") şəhərin müdafiəsi üçün Türkiyə ərazisindən Suriyaya keçməsinə imkan verməklə kömək edib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyə İraqın şimalındakı kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"nin (xüsusi təyinatlı ordu hissələri) ölkə ərazisindən Suriyanın Kobani şəhərinə keçməsinə yardım edib.

Kürdlərin yaşadıqları Kobanidə kürd qruplaşmaları ilə "İslam Dövləti" yaraqlıları arasında döyüşlər gedir. Şəhər qismən bu terrorçu təşkilatın yaraqlılarının nəzarəti altındadır.

Bildirilir ki, Kobanidən Türkiyə ərazisinə 150 mindən artıq qaçqın keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti