...

Nyu-York-Bakı birbaşa reysinin sərnişinləri Azərbaycana vizanı Bakıda hava limanında əldə edə biləcəklər

Siyasət Materials 23 Oktyabr 2014 10:26 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həyata keçirdiyi Nyu-York-Bakı birbaşa reysinin sərnişinləri Azərbaycana vizanı ölkəyə çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında əldə edə biləcəklər.
Nyu-York-Bakı birbaşa reysinin sərnişinləri Azərbaycana vizanı Bakıda hava limanında əldə edə biləcəklər

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) həyata keçirdiyi Nyu-York-Bakı birbaşa reysinin sərnişinləri Azərbaycana vizanı ölkəyə çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanında əldə edə biləcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyinin saytı xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi bu reysin sərnişinləri üçün viza prosesini sadələşdirmək məqsədilə artıq bu xüsusi tədbiri həyata keçirir və bununla da Nyu-York-Bakı birbaşa reysinin sərnişinləri Azərbaycana çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanındakı Azərbaycanın Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsinin viza bölməsində birdəfəlik qısamüddətli (30 günə qədər) viza əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti