...

ABŞ-dan Azərbaycan hökumətinin qərarına növbəti dəstək

Siyasət Materials 23 Oktyabr 2014 12:07 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun bərpasını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı xəbər verir.
ABŞ-dan Azərbaycan hökumətinin qərarına növbəti dəstək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun bərpasını alqışlayıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı xəbər verir.

Səfirliyin məlumatında deyilir ki: "Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır".

Səfirlik bu kimi ruhlandırıcı addımların əlavə müsbət inkişafa təkan verəcəyinə ümidini ifadə edib: "Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının - Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi - bütün əsas hüquqlardan yararlanmaq təminatıdır".

Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də 84 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti