...

İran terrorizmlə mübarizədə Səudiyyə, Türkiyə və Misirlə əməkdaşlığa hazırdır

Siyasət Materials 24 Oktyabr 2014 14:57 (UTC +04:00)
İran terrorizm və ifratçılıqla mübarizədə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər region ölkələri ilə istənilən əməkdaşlığa hazırdır.
İran terrorizmlə mübarizədə Səudiyyə, Türkiyə və Misirlə əməkdaşlığa hazırdır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

İran terrorizm və ifratçılıqla mübarizədə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər region ölkələri ilə istənilən əməkdaşlığa hazırdır. Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib. Bu barədə Trend İranın Fars agentliyinə istinadən məlumat verir.

H.Əmirabdullahian bildirib ki, regionun aparıcı dövlətləri bölgədə baş verən vəziyyəti dərk etməli və bu təhlükəli məqamda problemlərin həlli üçün konstruktiv və təsiredici rol oynamalıdırlar.

Onun sözlərinə görə, İran şiələrə, sünnilərə və məsihilərə qarşı yönəlmiş terror və ifratçılıqla mübarizədə İraq, Suriya, Livan, Yəmən və digər region ölkələrini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti