...

Türkiyədə korrupsiya qalmaqalı ilə bağlı iş üzrə sabiq nazirin oğlu və iranlı biznesmen ifadə veriblər

Siyasət Materials 24 Oktyabr 2014 17:54 (UTC +04:00)
Türkiyədə bir sıra keçmiş nazir və biznesmenlərin əlaqəsi olduğu korrupsiya qalmaqalı ilə bağlı iş üzrə keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və iranlı biznesmen Rza Zərrab ifadə veriblər.
Türkiyədə korrupsiya qalmaqalı ilə bağlı iş üzrə sabiq nazirin oğlu və iranlı biznesmen ifadə veriblər

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə bir sıra keçmiş nazir və biznesmenlərin əlaqəsi olduğu korrupsiya qalmaqalı ilə bağlı iş üzrə keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və iranlı biznesmen Rza Zərrab ifadə veriblər.

Trend-in "Al Jazeera Türk" telekanalına istinadən verdiyi məlumata görə, B.Gülər və R.Zərrab ölkə parlamentinin yaratdığı İstanbul məhkəməsi yanında xüsusi komissiyanın üzvləri qarşısında ifadə veriblər.

Xatırladaq ki, 2013-cü il dekabrın 17-də İstanbul və Ankarada keçirilmiş xüsusi əməliyyat nəticəsində onlarla insan, o cümlədən iş adamları və bəzi nazirlərin oğulları saxlanılmışdı. Onlar korrupsiya, qaçaqmalçılıq və narkotik vasitələrin reallaşdırılması ittihamı üzrə saxlanılmışdılar.

Türkiyə prokurorluğu bu ilin fevralında saxlanılanların azad edilməsi barədə qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti