...

Konqresmen: Azərbaycan regionda ABŞ maraqları baxımından çox əhəmiyyətli ölkədir

Siyasət Materials 24 Oktyabr 2014 18:17 (UTC +04:00)
Hyustonda yerləşən ABŞ-ın tanınmış Rays Universitetində (Rice University) ABŞ və Avropada enerji məsələlərinə həsr edilmiş "dəyirmi masa" keçirilib.
Konqresmen: Azərbaycan regionda ABŞ maraqları baxımından çox əhəmiyyətli ölkədir

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Hyustonda yerləşən ABŞ-ın tanınmış Rays Universitetində (Rice University) ABŞ və Avropada enerji məsələlərinə həsr edilmiş "dəyirmi masa" keçirilib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ konqresmenləri Cim Braydnstayn və Rendi Veberin, eləcə də müxtəlif enerji şirkətləri nümayəndələrinin iştirak etdiyi "dəyirmi masa"da Azərbaycanın qlobal enerji bazarlarında, xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu vurğulanıb.

Konqresmen C.Braydnstayn Azərbaycanı regionda ABŞ maraqları baxımından çox əhəmiyyətli ölkə kimi səciyyələndirib və ölkəmizlə ikitərəfli əsasda münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb O, eyni zamanda, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb və bunun müəyyən perspektivdə digər təbii qaz hasilatçısı olan ölkələrin də Avropa qaz bazarlarına çıxışı üçün imkan yaratdığını qeyd edib.

Görüş zamanı, eyni zamanda, ABŞ-ın və Avropa İttifaqının Avropanın, xüsusilə Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərində daha aydın və davamlı mövqeyinin olmasına ehtiyac olduğu bildirilib.

Görüşdə iştirak etmiş ABŞ-dakı Azərbaycan səfirliyinin əməkdaşı Natiq Baxışov Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol barədə məlumat verib. Dəhlizin Avropa üçün müstəsna əhəmiyyətinin onun yalnız Avropa qaz bazarlarına yeni həcmdə qaz gətirməklə tamamlanmadığı, bununla Avropaya yeni və irihəcmli boru kəmərləri şəbəkəsinin gətirildiyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti