...

"Times of Israel": Erməni lobbisi ABŞ-ın maraqlarının təmin olunmasına kömək etmir

Siyasət Materials 25 Oktyabr 2014 11:31 (UTC +04:00)
ABŞ-dakı erməni lobbisi nüfuzlu qüvvədir, lakin bu qüvvə Birləşmiş Ştatların maraqlarının təmin olunmasına kömək etmir.
"Times of Israel": Erməni lobbisi ABŞ-ın maraqlarının təmin olunmasına kömək etmir

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

ABŞ-dakı erməni lobbisi nüfuzlu qüvvədir, lakin bu qüvvə Birləşmiş Ştatların maraqlarının təmin olunmasına kömək etmir. Trend-in məlumatına görə, bu barədə İsrailin "The Times of Israel" (timesofisrael.com) internet qəzetinin analitik bloqunda deyilir.

Müəllifin yazdığına görə, Ermənistanın Birləşmiş Ştatlardan ildə 90 milyon dollar yardım almasına kömək edən Amerikadakı erməni lobbisi İsrail və ABŞ-ın müttəfiqi olan Azərbaycanın bu yardımı almasının qarşısını almaq üçün hər şey edir.

Məqalədə qeyd edilir ki, Ermənistanın maraqları ABŞ-ın maraqlarına uyğun deyil, bununla belə, erməni lobbisi Ermənistanın ABŞ-ın müttəfiqləri qismində baxılmayan ölkələrlə - İran və Rusiya ilə strateji əlaqələri üçün əlverişli şərait yaradır.

Müəllifin sözlərinə görə, "Wikileaks" saytının 2010-cu ildə dərc etdiyi diplomatik yazışmalardan məlum oldu ki, Ermənistan İrana İraqda amerikalı hərbçilərə qarşı istifadə olunan raket və pulemyotları satıb.

Məqalədə deyilir ki, həmin vaxt ABŞ dövlət katibinin müavini Con Neqroponte Ermənistan prezidenti Serj Sarkisyana kəskin məzmunlu məktub göndərmişdi. Məktubda Ermənistanın İrana silah satması nəticəsində İraqdakı amerikalı əsgərlərin ölməsi və yaralanması ilə bağlı dərin narahatlıq ifadə olunmuşdu.

Müəllif vurğulayır ki, buna baxmayaraq, ABŞ Konqresindəki "erməni dostları", deyəsən, Birləşmiş Ştatları əhəmiyyətli maliyyə yardımının ayrılması qismində Ermənistana köməyi davam etdirməsinə məcbur etmək üçün hər şey ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti