Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Dünyada baş verən dəyişikliklər BMT-nin strukturunda islahatların aparılmasını zəruri edir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, BMT qlobal səviyyədə fundamental problemlərin həlli üçün strukturunu dünyadakı mövcud vəziyyətə uyğunlaşdırmalıdır.
R.T.Ərdoğan xatırladıb ki, Türkiyə BMT-nin əsasını qoyan ölkələrdən biri olub.