...

Türkiyənin daxili işlər nazirinə hücum ediblər

Siyasət Materials 25 Oktyabr 2014 14:26 (UTC +04:00)
Türkiyənin Şanlıurfa vilayətində ölkənin daxili işlər naziri Əfqan Ala hücuma məruz qalıb.
Türkiyənin daxili işlər nazirinə hücum ediblər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Şanlıurfa vilayətində ölkənin daxili işlər naziri Əfqan Ala hücuma məruz qalıb.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuşa da hücum edilib.

Telekanalın məlumatına əsasən, naməlum insanlar Şanlıurfa vilayətinə gəlmiş dövlət nümayəndə heyətinə daş atıblar. Nümayəndə heyəti Suriyanın Kobani şəhərindən sayı 150 minə çatan qaçqınların həyat şəraiti ilə tanış olmaq üçün vilayətə gəlib.

Məlumata görə, nazir və Baş nazirin müavini hücum nəticəsində xəsarət almayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti