...

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü olub (FOTO)

Siyasət Materials 27 Oktyabr 2014 22:54 (UTC +04:00)
Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub. Bu barədə Trend məlumat verir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub.

Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü keçirilib.

Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şərəfinə şam yeməyi verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti