...

Türkiyə XİN-ə şübhəli tozun olduğu bağlama daxil olub

Siyasət Materials 30 Oktyabr 2014 17:16 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) içərisində şübhəli toz olan bağlama daxil olub.
Türkiyə XİN-ə şübhəli tozun olduğu bağlama daxil olub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) içərisində şübhəli toz olan bağlama daxil olub.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, XİN bağlamanı aldıqdan sonra hadisə yerinə Fövqəladə halların qarşısının alınması və nəticələrinin ləğv edilməsi üzrə İdarənin (AFAD) əməkdaşları çağırılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, ötən cümə günü Türkiyə hakimiyyəti bəyan etmişdi ki, İstanbuldakı Kanada, Belçika və Almaniya konsulluqları sarı tozun olduğu bağlamaları aldıqdan sonra təxliyə olunub. Müvafiq araşdırma aparıldıqdan sonra tozun toksik tərkibli olmadığı müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti