...

Amerikalı general İraqdakı hərbi müşavirlərin sayının artırılmasını təklif edib

Siyasət Materials 31 Oktyabr 2014 07:35 (UTC +04:00)
Amerika Silahlı qüvvələri baş qərargah rəislərinin birləşmiş komitə rəhbəri Martin Dempsi İraqdakı hərbi müşavirlərin sayının artırılması təklifi ilə çıxış edib.
Amerikalı general İraqdakı hərbi müşavirlərin sayının artırılmasını təklif edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Amerika Silahlı qüvvələri baş qərargah rəislərinin birləşmiş komitə rəhbəri Martin Dempsi İraqdakı hərbi müşavirlərin sayının artırılması təklifi ilə çıxış edib. Trend İnterfaks agentliyinə istinadən bu barədə xəbər verir.

"Biz hazırlıq miqyasını, yardımın göstərilməsini və müşavirlik missiyasını genişləndirməliyik, lakin ilkin şərt kimi İraq hökumətinin tayfaların silahlanmasına (bu rayonda) razılığı olmalıdır", - Dempsi mətbuat konfransında bildirib.

O, qeyd edib: "Yeri gəlmişkən, bizdə müsbət siqnallar var ki, onlar (iraq hakimiyyəti) razıdırlar. Lakin biz bu işə hələlik başlamamışıq".

Bundan öncə ABŞ İD-yə qarşı mübarizədə yardım göstərilməsi üçün İraqa təxminən 600 hərbi müşavir göndərib.

Müşavirlər Ərbil əyalətinin şimalında cəmləşiblər və döyüş əməliyyatlarında iştirak etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti