...

Azərbaycanda bələdiyyə seçkilərində bir sıra partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb

Siyasət Materials 31 Oktyabr 2014 16:34 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Azərbaycanda bələdiyyə seçkilərində bir sıra partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə MSK-nın 27 oktyabr 2014-cü il tarixli iclasının protokolu təsdiqlənib.

Sonra Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının MSK-da məşvərətçi səs hüquqlu üzvü təyin edilib.

Daha sonra 2014-cü il dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Böyük Qurtuluş Partiyasının, Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonda cari məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti