...

Nərgiz Paşayeva: Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir

Siyasət Materials 31 Oktyabr 2014 17:33 (UTC +04:00)
Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir.
Nərgiz Paşayeva: Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycanın ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi möhkəmləndirmək bizim əsas məqsədimizdir.

Trend-in məlumatına görə, bu sözləri Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri arasında keçirilən ənənəvi görüşdə Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində deyib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin tarixindən danışan Nərgiz Paşayeva qurumun hər iki ölkədə özunəməxsus etimad və nüfuz qazandığını qeyd edib. Bildirib ki, Cəmiyyət həmişə vətəndaşlar ilə təmas qurmağa, faydalı ideyaları həyata keçirməyə çalışır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin diqqət yetirdiyi prioritet sahələrin xeyriyyəçilik, mədəniyyətlərarası mübadilə və təhsilin inkişafına qayğı olduğunu deyən professor bu sahələrin cəmiyyətin həyatında mühüm rol oynadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, Avropanın nailiyyətləri artıq dünyaya məlumdur. Bu nailiyyətlərdən faydalanmaq lazımdır. Azərbaycanın mahiyyətini İngiltərədə sadə insanlar arasında təbliğ etmək, ölkəmizin təkcə Şərqin deyil, Qərbin də mədəni dəyərlərinə sahib olduğunu göstərmək fəaliyyətimizin əsas istiqamətidir. Beləliklə, hər iki ölkənin vətəndaşları arasında mövcud olan əlaqələr daha da möhkəmlənəcəkdir.

Cəmiyyətin yeni həmsədri Lord German haqqında da fikirlərini bölüşən Nərgiz Paşayeva onun azadfikirli və humanist bir insan olduğunu bildirib. Lord Germanla birgə çalışmaqdan məmnunluğunu ifadə edən professor, onun fəaliyyətinin Cəmiyyətin işinə yeni töhfələr verəcəyinə əminliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti