Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir M.Əliyev/
Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkədəki bələdiyyə seçkilərinin yekun nəticələrini elan edib.
MSK-nın bu günkü iclasında ölkənin 1709 bələdiyyəsinin səsvermələrinin nəticələri təsdiqlənib. 33 dairə seçki məntəqəsinin, o cümlədən 9 bələdiyyənin seçki nəticələri etibarsız hesab olunur.
"Seçkilər Seçki məcəlləsinə müvafiq keçirilib", -bu barədə MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, seçkilər ədalətli və şəffaf keçib.
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.
Respublika üzrə 4 588 728 seçici qeydə alınıb. Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Bundan əvvəl iki dəfə 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
Dairə seçki komissiyalarında seçki prosesini müşahidə etmək üçün 48 388 müşahidəçi qeydə alınıb. MSK-da 1160 yerli və 52 xarici müşahidəçi qeydiyyatdan keçib.
Pənahovun sözlərinə görə, seçkilərin gedişi zamanı seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntusu aşkar olunmayıb.
Seçkilərdə fəallıq 32,04 faiz təşkil edib. MSK-nın "Ümüd" partiyasının nümayəndəsindən başqa bütün üzvləri protokol imzalayıb. "Ümüd" partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov partiyanın əvvəl MSK-ya müraciət etdiyi səsvermə ilə bağlı pozuntuya istinad edərək protokol imzalamaqdan imtina edib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) müxalifət partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin müraciətlərinin əsassız olduğunu təsdiqləyən faktlar əldə edib.
"Müraciətdə göstərilmiş faktların öyrənilməsi səlahiyyətli dairə seçki komisiyasına tapşırılıb", - bazar ertəsi MSK-nın mətbuat xidmətindən Trend -a deyilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]