Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan polisi keyfiyyətsiz qida satan Türkiyə vətəndaşını saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakının Nizami rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Atilla Açan Nəvai küçəsindəki fərdi şirkətində, qida məhsulu üçün keyfiyyətsiz və istifadəyə yararsız 300 qutu üzərində "Ətli, kartoflu və sosisli Çin Fəsəlisi" sözləri yazılmış un məmulatları satarkən yaxalanıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində anbara baxış zamanı əlavə olaraq istifadə müddəti bitmiş, 1.405 manat dəyərində 1756 qutu ətli, kartoflu və sosisli un məmulatları aşkar edilərək götürülüb.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.