Dekabrın əvvəlində Moskvada, Qazaxıstanın ATƏT-ə sədrliyi barədə məruzənın təqdimatı təşkil olunacaq

Siyasət Materials 20 Noyabr 2009 14:20 (UTC +04:00)

Qzaxıstan, Astana, 20 noyabr / Trend , müxbir K.Konırova/

Dekabrın 9-da "RİA Novosti"nin ofisində "Qazaxıstanın ATƏT-ə sədrliyi barədə" məruzənin birgə təqdimatı təşkil olunacaq. Təqdimatı rusiyalı ekspertlər hazırlayıb və QR XİN-in nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu barədə M.Lomonosov adına MQU-nun İnformasiya-analitik mərkəzinin ekspert qrupunun rəhbəri Aleksey Vlasov Trend -a bildirib.

"Bu, rusiyalı ekspertlərin Qazaxıstanın ATƏT-in sədrliyi postunda fəaliyyətinin əsas mövqeləri qeyd olunacaq məruzələrinin yekun variantı olacaq", - Vlasov deyib.

Onun sözlərinə görə, məruzənin gündəliyində əks olunanlar "Rusiyanı qane edir" və onun fikrincə, "Qazaxıstanın beynəlxalq münasibətlər sistemində oynadığı rol tamamilə adekvatdır".

Xəbər lenti

Xəbər lenti