Azərbaycan ABŞ-ı öz neytral statusunu saxlamağa və separatçı rejimə kömək etməməyə çağırır - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 12 Dekabr 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ABŞ tərəfindən Dağlıq Qarabağa maliyyə dəstəyi göstərilməsini pisləyir.

"Azərbaycan ABŞ tərəfindən Dağlıq Qarabağa maliyyə dəstəyi göstərilməsini pisləyir və ABŞ-ı öz neytral statusunu saxlamağa və separatçı rejimə kömək etməməyə çağırır", - Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şənbə günü deyib.

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunda təmsil olunur. Belə bir dövlət tərəfindən separatçı rejimə kömək göstərilməsi digər dövlətlər tərəfindən mənfi hal kimi qəbul edilə bilər.

"Göstərilən hər bir kömək separatçı rejimin güclənməsinə xidnət edir və ABŞ-ın bu addımı Azərbaycanın ərazi bütövlüyünün pozulmasına bilavasitə xidmət edir", - Həsənov deyib.

8 dekabr tarixində ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Çərşənbə günü ABŞ Nümayəndələr Palatası və Senat Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti