Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir S.Ağayev/
Avropa Şurası Parlament AsSambleyasının Azərbaycan üzrə məruzəçiləri Andres Herkel və Cozef Debono Qrex Azərbaycanda səfərdədirlər. Bu barədə AŞ-ın Bakıdakı nümayəndəliyi Trend - a məlumat verib. AŞ-ın Bakıdakı nümayəndəliyinin informasiya ofisinin rəhbəri İlqar İbrahimlinin məlumatına əsasən, bu gün həmməruzəçilər Bakıdan Gəncəyə yola düşüblər.
Həmməruzəçilər Gəncədə QHT və rəsmi qurumların nümayəndələri ilə görüşlər keçirəcək.
Həmməruzəçilərin Azərbaycana səfərinə dair qərar Parisdə AŞPA-nın Monitorinq komitəsinin iclasında dekabrın 17-i 2009-cu ildə qəbul edilib.
Səfər çərçivəsində həmməruzəçilər Milli Məclis-in (parlament) sədri, Baş prokuror, ədliyyə naziri, MSK, Teleradio Yayım Milli Şurasının sədri, Ombudsman aparatının rəhbərliyi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin, hakimiyyətdə olan partiyaların və müxalifət partiyalarının rəhbərləri ilə, jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.