Azərbaycan Parlamentinin spikerinin İrana səfəri tarixi müəyyənləşib

Azərbaycan, Bakı, 8 fevral /Trend News, müxbir S.Ağayev/

Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov fevralın 20-22-i İrana rəsmi səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlham Zamanov Trend News-a məlumat verib.

Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Xədat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq.

Səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinejad, XİN-nin rəhbəri Mənüçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az

 
 
 
 
 
Mövzuya dair digər materiallar:
 
Xarici siyasət kateqoriyasında olan digər xəbərlər:
 
 
Ən çox oxunanlar