Nyu Yorkda ABŞ-ın Azərbaycan, yəhudi və türk icmaları arasında dialoq olub

Siyasət Materials 8 Fevral 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral / Trend /

Azərbaycan icmasnın nümayəndələri Azərbaycan, Türk və yəhudi icmaları arasında davam edən intellektual dialoqu müzakirə ediblər. Müzakirə zamanı Azərbaycan Amerika Şurası (AAC) və Azərbaycanın Amerika İcmasının (ASA) iştirakı ilə 2009-cu ilin noyabr ayında Nyu Yorkdakı yəhudi tarixi mərkəzində "Türk dünyasında yəhudilər" mövzusunda keçirilən simpozium xüsusi vurğulanıb. Bu barədə "U.S. Azeris Network" təşkilatının məlumatında deyilir.

ASA, AAC, U.S. Azeris Network (USAN), Türkiyə-Amerika təşkilatının və Nyu Yorkun Yəhudi-Azərbaycan icmasının nümayəndələri Nyu Yorkda təşkil edilən yəhudi icması şurasının 31-ci illik səhər yeməyində iştirak ediblər.

Tədbirdə senator Çarlz Şumer, konqresmenlər Nita Loui, Karolin Meloni, Qari Akerman, Çarlz Rangel, Jerald Nadler, Eliot Engel və Edolfus Touns çıxış ediblər. Amerikalı qanunvericilər ayrı-ayrı iclaslarda Azərbaycanın Birləşmiş Ştatlar üçün strateji vacibliyi və İsraillə Azərbaycan arasında cari regional tərəfdaşlıq əlaqələri barədə məlumatlandırılıblar.

Senator Şumer amerikalı azərbaycanlıların Nyu Yorkda yəhudi şurasının tədbirlərində ənənəvi iştirakı ilə bağlı məmnunluğunu dilə gətirib. O, ABŞ-ın İranla çətin əlaqələri kontekstində azərbaycanlıların əhəmiyyətini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən konqresmen Loui büdcə məhdudlaşmaları və iqtisadi enişə görə İsrailə göstərilən cari köməyin çətinliyini xatırladıb. Onun sözlərinə görə, amerikalı azərbaycanlıların fikrincə, həqiqətən də Dağlıq Qarabağa Konqres tərəfindən 8 milyon dollarlıq birbaşa yardımın ayrılması bu məntiqə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti