Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva/
Rumıniya ABŞ-ın müdafiə sisteminin bəzi elementlərini öz ərazisində yerləşdirməyə dair qərar qəbul edib. Bunu Rumıniyanın XİN rəhbəri Teador Bakonski cümə axşamı Bakıda mətbuat konfransında deyib.
"Biz hesab edirik ki, öz təhlükəsizliyimizi və ABŞ-ın Rumıniyaya strateji tərəfdaşı kimi inamını gücləndiririk", - Bakonski deyib.
Onun sözlərinə görə, RƏM-in (raket əleyhinə müdafiə) yerləşdirilməsi NATO sisteminə müvafiq olaraq həyata keçiriləcək və müdafiə xarakteri daşıyacaq. Nazirin sözlərinə görə, Amerikanın Rumıniyadakı RƏM elementləri heç bir halda digər ölkələrə qarşı yönəlməyəcək. "Rusiya, həmçinin, bu prosesdə iştirak üçün dəvət olunub", - o deyib.
Rumıniya Ali Müdafiə Şurası öz ərazisində Amerikanın raket əleyhinə müdafiə elementi olan "Standard Missile 3" (SM-3) yerləşdirilməsinə dair razılığı fevralın 4-də verib.