Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir M. Əliyev/
Azərbaycanın tələbə-gənclər strukturları tələbələrin mənzil məsələlərindən başlayaraq onların xarici ölkələrə səfərlərinin təşkilinə kimi olan problemləri həll etməyə çalışan ictimai təşkilatda birləşiblər. Bu barədə cümə günü təşkilatın komitə rəhbəri Şahin İsmayılov jurnalistlərə bildirib.
Cümə günü Bakıda baş tutan Azərbaycanın Tələbə-Gənclər Təşkilatları İttifaqının I qurultayında 25 dövlət və 14 özəl tədris müəssisələrinin nümayəndələri iştirak edib. Gənclər təşkilatının birləşdirilməsinin məqsədi ali təhsil müəssisələrində təhsilin inkişafı, tələbələrin ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı və onların hüquqlarının təmin edilməsidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]