Demokratik İslahatlar Partiyasında 1990-cı il 20 yanvar hadisələrində əlil olanların hüquqi statusları müzakirə edilib

Siyasət Materials 29 Yanvar 2010 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir M.Əliyev/

Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə "20 yanvar" Cəmiyyətinin üzvləri ilə görüşüb. Görüşdə 1990-cı il 20 yanvar hadisələri zamanı əlil olmuş insanların problemləri, onların hüquqi statusu ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə DİP-in press-relizində deyilir.

"20 yanvar" Cəmiyyətinin üzvləri Mollazadə ilə görüş zamanı bildiriblər ki, 1990-cı ildən bu günə qədər 20 yanvar əlillərinə rəsmi status verilmədiyinə görə, 331 nəfər əlil hələ də dövlət tərəfindən müvafiq müavinətlər, güzəştlərlə təmin olunmayıb.

Görüş iştirakçıları 20 yanvar əlillərinin statusunun müəyyənləşdirilməsi ilə bağlı Milli Məclis qarşısında məsələ qaldırmağı Asim Mollazadədən xahiş ediblər.

Millət vəkili görüşdə qaldırılmış məsələlərin müvafiq qanunvericilikdə əksini tapmağa yardımçı olacağını bildirib.

"20 yanvar qurbanları Azərbaycan xalqının ən layiqli nümayəndələridir. Ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün təmin olunması, vətənpərvərlik ruhunun yüksəlməsi üçün bu insanların layiq olduqları şərəfli həyatını təmin etmək hər kəsin borcudur", - Mollazadə cəmiyyət üzvlərinə deyib.

Yanvarın 19-dan 20-nə keçən gecə 137 nəfər qətlə yetirilib, 744 vətəndaş yaralanıb, 841 nəfət isə qeyri-qanuni həbs edilib. Sovet qoşunları 200 mənzili, 80 avtomobili, böyük sayda şəxsi və dövlət əmlakını məhv ediblər.

Xəbər lenti

Xəbər lenti