Azərbaycanın hakim partiyası ABŞ-ın Milli Demokratiya İnstitutu ilə əməkdaşlığını genişləndirir

Siyasət Materials 15 Fevral 2010 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası ABŞ-ın Milli Demokratiya İnstitutu ilə əməkdaşlığını genişləndirir.

"Partiyamız ilə Milli Demokratiya İnstitutu arasında qarşılıqlı əlaqələr yüksək səviyyədədir, həyata keçirilən birgə tədbirlər tərəflər üçün müsbət əhəmiyyətə malikdir", - bazar ertəsi Azərbaycanın hakim partiyasının sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin yeni rəhbəri Aleks Qriqoryeviçi qəbul edərkən deyib, məlumat Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib.

Görüşdə YAP-la MDİ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr barədə geniş fikir mübadiləsi aparılıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti