Azərbaycanın hakim partiyası ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə əməkdaşlıqdan razıdır – sədr müavini

Siyasət Materials 24 Fevral 2010 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral, / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə əməkdaşlıqdan razıdır.

"Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Azərbaycan üzrə direktoru Ceyk Consu qəbul edib", - çərşənbə günü Trend -a hakim partiyanın mətbuat xidmətindən bildirilib.

Görüşdə fəaliyyətə başladığı gündən indiyədək BRİ ilə YAP arasındakı əməkdaşlıqdan, birgə layihələrin uğurlu nəticələrindən bəhs edilib, geniş fikir mübadiləsi aparılıb. "Əhmədov partiyanın BRİ ilə əməkdaşlığından razı olduğunu qeyd edib. Sədr müavini və Cons qarşılıqlı əməkdaşlıqdan məmnunluq hissi duyduqlarını bildirib və gələcəkdə də əlaqələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar", - məlumatda vurğulanır.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 17 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti