...

Azərbaycanda seçki komissiyalarının mövcud forması ATƏT-in tövsiyələri ilə formalaşıb - hakim partiyanın sədr müavini

Siyasət Materials 8 Aprel 2010 11:13 (UTC +04:00)
Azərbaycanda seçki komissiyalarının mövcud forması 2000-ci ildə ATƏT-in tövsiyələri ilə formalaşıb. Bu vaxtadək seçilmiş bu format özünü doğruldub. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov ATƏT-in Bakı ofisinin təşkil etdiyi "dəyirmi masa"da bildirib.
Azərbaycanda seçki komissiyalarının mövcud forması ATƏT-in tövsiyələri ilə formalaşıb - hakim partiyanın sədr müavini

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda seçki komissiyalarının mövcud forması 2000-ci ildə ATƏT-in tövsiyələri ilə formalaşıb. Bu vaxtadək seçilmiş bu format özünü doğruldub. Trend-in məlumatına görə, bunu cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov ATƏT-in Bakı ofisinin təşkil etdiyi "dəyirmi masa"da bildirib.

"2000-ci ilə qədər paritet əsasda seçki keçirilməsinə cəhd göstərildi, lakin bəzi qüvvələr bunu seçkilərin pozulması məqsədi üçün ifadə etməyə çalışdı. Burada bizim və ya kiminsə deyil, şəraitin məcbur etdiyi format seçildi", - Əhmədov deyib.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgeh Cankorel dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Mərkəzi Seçki Komissiyasının paritet əsasda formalaşdırılmasının tərəfdarıdır.

Azərbaycanın müxalifət partiyaları da seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını tələb edir.

Hazırkı formatda MSK-da hakim partiyanın üzvləri çoxluq təşkil edir.

Əhmədov deyib ki, seçki komissiyaları seçkilərin taleyini həll edən orqan deyil.

"Bəzən belə təəssürat yaranır ki, Azərbaycandan kənarda olan bəzi təşkilatlar seçki komissiyalarının formatını dəyişməklə Azərbaycanda hansısa layihələri həyata keçirmək istəyirlər. Biz istəmirik, Azərbaycan yeniliklərin sınanılması poliqonuna çevrilsin", - YAP sözçüsü əlavə edib.

ATƏT-in Bakı ofisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin tövsiyələri əsasında bu gün "dəyirmi masa" təşkil edib. Siyasi partiya, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət təmsilçilərinin iştirak edəcəyi "dəyirmi masa"nın əsas müzakirə mövzusu "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun icrası və seçki prosesinə, qanunsuz müdaxilə də daxil olmaqla, seçki kampaniyasının aparılması məsələləri müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti