...

Avropa Oyunlarının qızıl medalçısı bahalı avtomobil aldı (FOTO)

Maraqlı Materials 6 İyul 2015 18:24 (UTC +04:00)
I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb. O, bu barədə özünün `İnstagram` səhifəsində məlumat verib.
Avropa Oyunlarının qızıl medalçısı bahalı avtomobil aldı (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb. O, bu barədə özünün "İnstagram" səhifəsində məlumat verib.

Taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medal qazanan Ayxan aldığı "Dodge" markalı maşının fotosunu paylaşıb və "Min şükür Allah",- deyə qeyd edib.

Ayxan Tağızadə açıqlamasında yeni maşın aldığını təsdiqləyib.

Aldığı maşının qiymətini açıqlamayan idmançı avtomobil sürməyə həvəsinin olduğunu deyib.

Əldə etdiyimiz məlumata görə, A.Tağızadənin yen avtomobili 61 min manat dəyərindədir.

Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min) pul verilib. (azvision.az)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti