...

Azərbaycanda pensiyaçıların təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 4 Sentyabr 2009 15:59 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 1991-ci il təvəllüdlü Mehran Hüseynov, 1986-cı il təvəllüdlü Anar Hüseynov, 1990-cı il təvəllüdlü Ədalət Mustafayev və 1990-cı il təvəllüdlü Ruzigar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Azərbaycanda pensiyaçıların təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) 52 nəfər pensiyaçının təqaüdünü oğurlamaqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 1991-ci il təvəllüdlü Mehran Hüseynov, 1986-cı il təvəllüdlü Anar Hüseynov, 1990-cı il təvəllüdlü Ədalət Mustafayev və 1990-cı il təvəllüdlü Ruzigar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, təqsirləndirilən şəxslər bu ilin martın 20-də Gəncədə Şəmkir rayon Bayramlı kənd sakinləri Sənayə Əliyeva və Bənövşə Ələkbərovanı bankomatdan 52 nəfər həmkəndlilərinin təqaüdünü alarkən soyublar. Qrup üzvləri qadınların üzünə gözyaşardıcı qaz balonu püskürtməklə, içərisində 3900 manat pul və 52 ədəd bankomat kartı olan çantanı əllərindən alaraq hadisə yerindən qaçıblar. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Məhkəmədə təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Daha sonra zərərçəkmiş qismində ifadə verən Bənövşə Ələkbərova bildirib ki, Sənayə Əliyeva ilə birlikdə 52 pensiyaçının xahişi ilə bankomat kartlarını götürüb Gəncəyə gəlib və Olimpiya İdman Kompleksində quraşdırılan "Beynəlxalq Bank"a məxsus bankomatdan pul çıxardıblar. Onun sözlərinə görə, pulu çıxarandan sonra dörd nəfər gəncin hücumuna məruz qalıblar. Onlara hücum edənlər pullar olan çantanı oğurlayaraq qaçıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti