...

Azərbaycanda doktoranturaya daxilolma zamanı yaş məhdudiyyəti ləğv olunacaq

Cəmiyyət Materials 17 Fevral 2010 18:59 (UTC +04:00)
Azərbaycanda doktoranturaya daxilolma zamanı yaş məhdudiyyəti ləğv ediləcək. Bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov çərşənbə günü Trend News-a deyib.
Azərbaycanda doktoranturaya daxilolma zamanı yaş məhdudiyyəti ləğv olunacaq

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda doktoranturaya daxilolma zamanı yaş məhdudiyyəti ləğv ediləcək. Bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti Arif Həşimov çərşənbə günü Trend -a deyib.

Onun sözlərinə görə, doktoranturaya qəbulun yeni qaydaları "Təhsil haqqında qanun"a müvafiq olaraq hazırlanıb. Bu qanuna əsasən hamı təhsil almaq hüququna malikdir.

Bundan əlavə, elmi kadrlar iki səviyyədə olacaq - fəlsəfə elmləri doktoru və elmlər doktoru. "Qəbul qaydalarında qeyd edilib ki, doktoranturaya namizədlər magistr dərəcəsinə malik olmalıdırlar", - Həşimov deyib.

Vİtse-prezidentin sözlərinə görə, AMEA və Təhsil Nazirliyi tərəfindən hazırlanmış doktoranturaya yeni qəbul qaydaları təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib. "Qaydaların təsdiq edilməsindən sonra elə bu il doktoranturaya qəbul keçiriləcək", - Həşimov deyib.

Azərbaycan Parlamenti 2009-cu ilin iyun ayında "Təhsil haqqında" yeni qanunu qəbul edib.

Xəbər lenti

Xəbər lenti