...

Xaricdən Azərbaycana 6 təqsirləndirilən şəxs ekstradisiya olunub

Cəmiyyət Materials 12 Mart 2010 13:59 (UTC +04:00)
Ötən il xaricdən Azərbaycana 6 təqsirləndirilən şəxs ekstradisiya olunub.
Xaricdən Azərbaycana 6 təqsirləndirilən şəxs ekstradisiya olunub

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il xaricdən Azərbaycana 6 təqsirləndirilən şəxs ekstradisiya olunub.

Ədliyyə Nazirliyindən cümə günü Trend -a verilən məlumata görə, həmin şəxslər adam oğurluğu və digər bu kimi ağır cinayətlər törədərək ədalət mühakiməsindən yayınıblar.

Nazirlikdən bildirilib ki, ötən il cəzalarının qalan hissəsini çəkmək üçün 64 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib.

Azərbaycanda 2009-cu ildə beynəlxalq hüquqi yardımın göstərilməsi ilə əlaqədar daxil olmuş sənədlər üzrə 6 mindən çox rəy və digər məlumatlar hazırlanıb aidiyyəti üzrə göndərilib.

2009-cu ildə Slovakiya və Almaniya ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sənədlər imzalanıb.

Ümumilikdə isə son 5 ildə 13 ölkənin, o cümlədən, Fransa, İtaliya, Rumıniya, Bolqarıstan, Çin, İran və digər ölkələrin ədliyyə nazirlikləri ilə də belə sazişlər bağlanılıb.

Nazirlik hazırda Azərbaycan dövlətinin qoşulduğu 14 beynəlxalq konvensiya üzrə mərkəzi və əlaqələndirici orqan qismində müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti