...

Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Cəmiyyət Materials 10 Dekabr 2010 11:07 (UTC +04:00)
Belarus Dövlət Pedoqoji Universitetində (BDPU) Bakı Slavyan Universitetinin (BSU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.
Belarusda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Belarus Dövlət Pedoqoji Universitetində (BDPU) Bakı Slavyan Universitetinin (BSU) təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu barədə Trend-ə BSU-nun mətbuat xidmətindən bildiriblər.

Mərkəzin açılış mərasimində Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, səfirlik nümayəndələri, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova, BSU-nun rektoru, professor Kamal Abdullayev iştirak ediblər.

70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli yığıncaqda BDPU-nun rektoru, professor P.D.Kuxarçik BSU-nun nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayaraq, Belarusun təhsil sistemində xüsusi çəkiyə malik BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, həmçinin ölkə paytaxtının elmi və mədəni həyatında əlamətdar bir hadisə kimi qiymətləndirib.

Bakı Slavyan Universiteti ile sıx əməkdaşlıq edən Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova bu mərkəzin açılışı ilə BDPU kollektivi gələcəkdə ən cazibədar və ən zəngin qafqaz mədəniyyətlərindən biri ilə tanış olmaq, "daim irəli hərəkət etmək şüarı ilə yaşayan və yaradan" universitetlə sıx əməkdaşlıq etmək imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti