...

2010-cu ildə Azərbaycan futbolunun ən yaxşılarının adları açıqlanıb

Cəmiyyət Materials 21 Dekabr 2010 13:59 (UTC +04:00)
2010-cu ildə Azərbaycan futbolunun ən yaxşılarının adları açıqlayıb
2010-cu ildə Azərbaycan futbolunun ən yaxşılarının adları açıqlanıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosasiyası 2010-cu ildə Azərbaycan futbolunun ən yaxşılarının adları açıqlayıb.

Trend-in məlumatına görə, ardıcıl ikinci dəfə ilin ən yaxşılarını seçən AFFA fərqlənənləri  "Landmark"da keçirdiyi tədbirdə mükafatlandırıb.

İlk mükafat millidə ən çox oyun keçirən Mahir Şükürova qismət olub. Ona hədiyyəni Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov təqdim edib.

Ardından çimərlik futbolunun ən yaxşısının adı elan olunub. Bu nominasiyada Emin Kürdov birinci olub.

AFFA qızlar arasında ən yaxşı futbolçu kimi Jalə Məmmədovanı seçib. Onu veteran futbolçumuz Ələkbər Məmmədov mükafatlandırıb.

AFFA-nın seçiminə görə, Vitali Borisov ən yaxşı futzalçı seçilib. Yığmamızın kapitanına mükafatı Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim edib.

İlin futbolçusu nominasiyasında Rəşad Sadıqov birincilik əldə edib. Milli komandamızın kapitanını AFFA-nın baş katibi Elxan Məmmədov mükafatlandırıb.

İlk dəfə belə tədbir ötən il keçirilmişdi. Həmin vaxt yığmanın ən yaxşı oyunçusu Vaqif Cavadov, qapıçısı Kamran Ağayev seçilmişdi.

Qadın yığmasında Ana Ələkbərova, futzal millimizdə Rizvan Fərzəliyev, çimərlik yığmasında Elvin Quliyev mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti