...

İsrail məhsullarının istifadəsinə qadağa ilə bağlı fətva verməyən iranlı din xadimləri Azərbaycana dair üç fətva veriblər - politoloq

Cəmiyyət Materials 18 Yanvar 2011 12:59 (UTC +04:00)
İsraili bütün "pisliklərin şahı" elan edən İran bu günədək İsraildən gələn və ya İsrail lisenziyalı mal və məhsullara qadağa qoymayıb, bunu çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
İsrail məhsullarının istifadəsinə qadağa ilə bağlı fətva verməyən iranlı din xadimləri Azərbaycana dair üç fətva veriblər - politoloq

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir T.Hacıyev/

İsraili bütün "pisliklərin şahı" elan edən İran bu günədək İsraildən gələn və ya İsrail lisenziyalı mal və məhsullara qadağa qoymayıb, bunu çərşənbə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

"İranın dini və siyasi elitasının evində də İsrail məhsulları istifadə oluna bilər. Müsəlman dünyasında İsrail məhsullarının istifadəsini qadağan etməklə bağlı fətva vermək barəsində düşünməyən müctəhidlər Azərbaycanla bağlı qısa müddət ərzində üç fətva veriblər. Hər halda, dünyada 100 milyonluq şiələrdən 80 milyonu İran müctəhidinin antiisrail fətvasını qəbul etmək imkanına malikdir. Görünür, müctəhidlər özlərinə belə, antiisrail fətvası verməyi rəva bilmirlər. Hətta İran İslam Respublikası İsraillə neft, silah alveri edib. "İrangeyt"in sirrini İran və yəhudilər bu günədək açmayıblar", - Əhmədoğlu əlavə edib.

Politoloqun sözlərinə görə, İsraillə bağlı ritorikanı İran Azərbaycanla münasibətlərinə köklü sürətdə daxil edib, amma İranın İsrailə və ya yəhudilərə qarşı siyasəti anlaşılmazdır.

"İranın əhalisi İsrailin əhalisindən təqribən 10 dəfə çoxdur; İran dünyanı üçüncü qaz, dördüncü neft dövləti olduğu halda, İsrailin demək olar ki, heç bir təbii sərvəti yoxdur; İsraildə adambaşına düşən ÜDM 2010-cu ildə 29,500 ABŞ dolları olub; İran İslam Respublikasında analoji rəqəm 11,200 ABŞ dollarıdır. Yeri gəlmişkən, onu da deyək ki, Azərbaycandan adambaşına düşən ÜDM 11,000 dollardır. Hətta bəzi mənbələrə görə adambaşına düşən ÜDM-ə görə Azərbaycan İranı üstələyib", -  mərkəzin direktoru deyib.

Əhmədoğlu deyib ki, İran-İsrail münasibətlərində müqayisə üçün başqa maraqlı parametr də var.

"Musavilikdə (İudaizm) hicab məsələsi İslama nisbətən daha radikal şəkildə qoyulur. Hicab məsələsinin namus məsələsi olduğu məhz İudaizmdə, Musavilikdədir, İslamda deyil. Buna baxmayaraq, mövzu ilə əlaqədar dini radikallıq İsrailin iqtisadi, elmi, texnoloji inkişafına maneçilik etməyib. Ən azı, İranla müqayisədə xeyli irəlidədir", - o, qeyd edib.

Əhmədoğlunun sözlərinə görə, İran vaxtilə İsrailin ərəblərə qarşı dayanaqlı olmasında maraqlı olub.

Xəbər lenti

Xəbər lenti