...

Azərbaycanda tələbələr və orta məktəb şagirdləri arasında inşa müsabiqəsi başlayıb

Cəmiyyət Materials 7 Aprel 2011 16:17 (UTC +04:00)
Orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında "Gələcək nəsillərlə üz-üzə" IV Ümumrespublika inşa çüsabiqəsinə start verilib.
Azərbaycanda tələbələr və orta məktəb şagirdləri arasında inşa müsabiqəsi başlayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında "Gələcək nəsillərlə üz-üzə" IV Ümumrespublika inşa müsabiqəsinə start verilib. Bu barədə cümə axşamı Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi olan müsabiqənin məqsədi qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji və digər dəyişiklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmalı olduğunu başa düşməsi, informasiya texnologiyalarının insan həyatının müxtəlif sahələrinə təsiredici və tənzimləyici qüvvəsi artdıqca fərdlərin imkanlarının başa düşülməsi və qlobal dəyişiklilərdən irəli gələn tələblərə uyğunlaşmaqla sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsidir.

Müsabiqə ilə bağlı ətraflı məlumat www.galacaknasillar.az internet saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti