...

Azərbaycanda meşələrin azalması tendensiyası müşahidə edilmir - nazir

Cəmiyyət Materials 12 Dekabr 2011 11:59 (UTC +04:00)
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun fikrincə, artıq ölkədə meşələrin azalması tendensiyası müşahidə edilmir.
Azərbaycanda meşələrin azalması tendensiyası müşahidə edilmir - nazir

Azərbaycan, Bakı, 12 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun fikrincə, artıq ölkədə meşələrin azalması tendensiyası müşahidə edilmir.

Trend-in məlumatına görə, nazir jurnalistlərə müsahibəsində deyib ki, meşələrin qırılmasının qarşısının alınması üçün Azərbaycanda intensiv səpələnmə aparılır.

"Ölkədə qazlaşdırma aparıldıqca, alternativ enerji mənbələrinə keçid baş verdikcə, odun tədarükü məqsədilə ağacların kəsilməsi halları azalıb. Ölkədə süni meşələr salınır, nəticədə ölkədə meşələrin azalması tendensiyası sındırılıb", - nazir qeyd edib.

O bildirib ki, beynəlxalq ekspertlər də Azərbaycan ərazisində meşələrin artım göstəricisinin 0,4 faiz olduğunu təsdiqləyirlər.

Xəbər lenti

Xəbər lenti