...

Seysmoloji Xidmət: Rusiyada baş verən zəlzələnin Azərbaycana təsiri yoxdur

Cəmiyyət Materials 28 Dekabr 2011 15:59 (UTC +04:00)
Rusiyada dekabrın 27-də 9,5 bal gücündə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur.
Seysmoloji Xidmət: Rusiyada baş verən zəlzələnin Azərbaycana təsiri yoxdur

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Rusiyada dekabrın 27-də 9,5 bal gücündə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmətin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda seysmiklik fon səviyyəsindədir. Yetirmişli bildirib ki, hazırda ölkə ərazisində hiss olunan təkanlar baş vermir.

Dekabrın 27-də axşam saatlarında Rusiya Federasiyasının Tuva Respublikasında 9,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Tuvanın inzibati mərkəzi Kızıl şəhərindən 92 kilometr şərqdə yerləşib.

Yeraltı təkanlar Xakasiya, Krasnoyarsk, İrkutsk, Kemerovsk və Tom vilayətlərində də hiss edilib.

Xəbər lenti

Xəbər lenti