...

Eldar və Nigara "İlin adamı-2011" mükafatı təqdim edilib

Cəmiyyət Materials 7 Fevral 2012 13:31 (UTC +04:00)
ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar və Nigara bu gün "İlin adamı-2011" mükafatı təqdim edilib.
Eldar və Nigara "İlin adamı-2011" mükafatı təqdim edilib

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar və Nigara bu gün "İlin adamı-2011" mükafatı təqdim edilib.

Trend-in çərşənbə axşamı Eurovision Mahnı Müsabiqəsi 2012-nin rəsmi saytına verdiyi məlumata görə, Eldar və Nigar bu mükafata Düsseldorf səhnəsində əldə etdikləri birinciliyə və bununla da Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təbliğinə verdikləri töhfəyə görə layiq görülüb.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti