...

Qaraçuxur sürüşmə sahəsində aktivləşmə qeydə alınıb

Cəmiyyət Materials 3 Mart 2012 14:51 (UTC +04:00)
Son günlər Qaraçuxur sürüşmə sahəsində dəyişikliklər müşahidə olunub və aktivləşmə gedir. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.
Qaraçuxur sürüşmə sahəsində aktivləşmə qeydə alınıb

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Son günlər Qaraçuxur sürüşmə sahəsində dəyişikliklər müşahidə olunub və aktivləşmə gedir. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Niftiyev deyib ki, sürüşmə Qaraçuxur qəbiristanlığının qəbir daşlarında özünü göstərib.

Sürüşmə ərazisində ETSN nümayəndələri tərəfindən müşahidələr aparılır.

"Dünən qoyulmuş mayakların göstəriciləri stabildir. Hazırda Qaraçuxur sürüşmə sahəsinin eni 30-35 metr, uzunluğu 100 metrə yaxındır. Ora qədim sürüşmə sahəsidir", - Niftiyev əlavə edib.

Qeyd edək ki, son bir həftədə Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasındakı yaşayış massivindəki sürüşmə sahəsində də intensiv dəyişkənlik qeydə alınıb.

Onun sözlərinə görə, bununla əlaqədar bu gün həmin ərazidə Baş nazirin müavini Abid Şərifovun iştirakı ilə müşavirə keçirilib.

"Sürüşmə ilə əlaqədar tədbirlər planı hazırlanıb. Təcili olaraq ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir", - Niftiyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti