...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 Aprel 2012 11:51 (UTC +04:00)
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib (ƏLAVƏ OLUNUB)

Rəis müavinlərinin adları əlavə olunub (İlk xəbər saat 11:08-də yayılıb)

Azərbaycan, Bakı, 11 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə iki rəis müavini təyin edilib.

Etibarlı mənbədən Trend-ə verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova iki müavin təyin edilib.

Xidmətdən Trend-ə məlumatı təsdiqləyiblər.

Etibarlı mənbənin verdiyi məlumata görə, rəis müavini vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev təyin olunublar.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti prezidentin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.

Xəbər lenti

Xəbər lenti