...

Azərbaycanda imtiyazlı xəstələr öz şəxsi və aldıqları dərmanlar barədə məlumatları internetlə öyrənə bilərlər

Cəmiyyət Materials 2 May 2012 11:18 (UTC +04:00)
Azərbaycanda dövlət tərəfindən xüsusi dərmanlarla təmin edilən imtiyazlı şəxslər artıq öz şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olmaları və aldıqları dərmanlar barədə məlumatları maneəsiz, internet vasitəsilə öyrənə bilərlər.
Azərbaycanda imtiyazlı xəstələr öz şəxsi və aldıqları dərmanlar barədə məlumatları internetlə öyrənə bilərlər

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət tərəfindən xüsusi dərmanlarla təmin edilən imtiyazlı şəxslər artıq öz şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olmaları və aldıqları dərmanlar barədə məlumatları maneəsiz, internet vasitəsilə öyrənə bilərlər. Bu barədə çərşənbə günü Trend-ə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, artıq istifadəyə verilmiş bu xidmətdən faydalanmaq istəyən imtiyazlı xəstələrin elektron sağlamlıq kartı olmalıdır. Elektron xidmət tam avtomatlaşdırılıb və ondan istifadə ödənişsizdir.

Bu elektron xidmət http://e-health.gov.az/imtiyazlilar internet ünvanı vasitəsilə təqdim edilir. Elektron xidmətdən istifadə üçün ilkin olaraq http://www.e-sehiyye.gov.az saytında qeydiyyatdan keçmək lazımdır.

Bunun üçün şəxs elektron sağlamlıq kartın üzərində olan unikal kodunu və şəxsiyyət vəsiqəsinin nömrəsini sistemə daxil etməklə özünə şifrə təyin edir. Qeydiyyatdan keçən şəxs elektron xidmətdən unikal kodu və şifrəni daxil etməklə istifadə edə bilər.

Xəbər lenti

Xəbər lenti