...

Azərbaycanda “Naxçıvan tarixi” adlı ikicildlik fundamental monoqrafiya hazırlanır

Cəmiyyət Materials 20 İyul 2012 13:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Naxçıvan tarixi” adlı ikicildlik fundamental monoqrafiyanın çapa hazırlanması başa çatmaq üzrədir.
Azərbaycanda “Naxçıvan tarixi” adlı ikicildlik fundamental monoqrafiya hazırlanır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda "Naxçıvan tarixi" adlı ikicildlik fundamental monoqrafiyanın çapa hazırlanması başa çatmaq üzrədir.

İnstitutdan Trend-ə verilən məlumata görə, monoqrafiyada ən qədim zamanlardan müasir dövrədək Naxçıvan tarixinin parlaq səhifələri öz əksini tapıb. Kitabda, həmçinin dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın tarixinə dair zəngin illüstrasiya materialı da veriləcəkdir.

Əsər Tarix İnstitutu və AMEA-nın Naxçıvan Bölməsinin Elmi Şuralarının birgə iclasında müzakirə olunub və bəyənilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun qrantı əsasında hazırlanan bu əsər üzərində iş yekunlaşmaq üzrədir. İki cildlik "Naxçıvan tarixi" monoqrafiyasının nəşrinin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti