...

Azərbaycanda vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələri açıqlanıb

Cəmiyyət Materials 24 İyul 2012 18:59 (UTC +04:00)
İyulun 23-də fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə imtahanlar keçirilib. İmtahanın nəticələrinə əsasən, 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub.
Azərbaycanda vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 23-də fiziki tərbiyə müəllimi və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə imtahanlar keçirilib. İmtahanın nəticələrinə əsasən, 110 nəfər fiziki tərbiyə müəllimi, 39 nəfər isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri işə qəbul olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edək ki, müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 3270 vakant yerə 16 min 195 nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb və 728 nəfərin ərizəsi ixtisas uyğunsuzluğuna görə ləğv edilib. Nəticədə 15 min 467 nəfərin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.

Müsabiqənin ikinci mərhələsinə buraxılanlar arasında ibtidai sinif müəllimi işləmək istəyənlər daha çoxdur. Bu ixtisas üzrə 143 vakant yer üzrə (Bakı şəhəri üzrə 39, digər rayon və şəhərlər üzrə 104) 3764 nəfər ərizə verib. Namizədlərdən 2731 nəfər ingilis dili, 2160 nəfər Azərbaycan dili və ədəbiyyat, 1483 nəfər riyaziyyat, 1112 nəfər isə tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib.

Respublika üzrə ən çox vakant yer coğrafiya fənni üzrədir (Bakı şəhəri üzrə 21, digər rayon və şəhərlər üzrə 407) və bu ixtisas üzrə 646 nəfər II mərhələdə iştirak etmək hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti