...

Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının artırılması nəzərdə tutulub

Cəmiyyət Materials 10 Oktyabr 2012 14:25 (UTC +04:00)
Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının qaldırılması nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib.
Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının artırılması nəzərdə tutulub

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi dərəcələrə görə əməkhaqlarının qaldırılması nəzərdə tutulub. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib.

"Elm siyasəti haqqında" qanun layihəsi demək olar ki hazırdır. Layihədə elmlər doktoru, elmlər namizədi adına görə maaşların artırılması da nəzərdə tutulub. Nə qədər artırılmasını deyə bilmərəm, amma biz ümumi şəkildə artırılma məsələsini ortaya qoymuşuq", - Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, layihə günün tələblərinə cavab verir, amma bu gün müzakirələrin aparılmasına da ehtiyac var.

"Biz çalışırıq ki, qanun layihəsini payız sessiyasında Milli Məclisin müzakirəsinə verək", - Məhərrəmov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti