...

Azərbaycanın ilk peykinin görüntüləri yayımlanıb

Cəmiyyət Materials 3 Dekabr 2012 10:36 (UTC +04:00)
Azərbaycanın və Qafqazın ilk peyki olan "Azərspace-1" telekommunikasiya peykinin görüntüləri yayımlanıb.
Azərbaycanın ilk peykinin görüntüləri yayımlanıb

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın və Qafqazın ilk peyki olan "Azərspace-1" telekommunikasiya peykinin görüntüləri yayımlanıb.

"Azərkosmos"dan Trend-ə verilən məlumata görə, peykin istehsalı tamamlanıb. Peyk hazırda son zavod testləri mərhələsindədir.

"Azerspace-1" peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti və peykin raketdaşıyıcısının istehsalçısı olan Fransanın "Arianespace" şirkəti ilə müəyyən edilmiş qrafikə uyğun şəkildə həyata keçirilməkdədir.

Belə ki, peykin son sınaq yoxlamaları cari ilin 5 dekabr tarixinə kimi yekunlaşacaq və peyk buraxılış üçün tam hazır vəziyyətə gətiriləcəkdir. Daha sonra peyk 2013-cü ilin yanvar ayında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna aparılacaqdır. Peykin gözlənilən tarixdə, 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.

"Orbital Sciences Corporation" şirkətinin zavodunda peykin istehsalına nəzarət edən "Azərkosmos" ASC-nin bir nəfər əməkdaşı və peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın "Telesat" məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı peykin sınaq yoxlamaları prosesini də yaxından izləməkdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti