...

Penitensiar xidmətə vakant yerlərə işə qəbul davam edir

Cəmiyyət Materials 13 Mart 2013 09:45 (UTC +04:00)
Penitensiar xidmətin ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi davam etdirilir.
Penitensiar xidmətə vakant yerlərə işə qəbul davam edir

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi davam etdirilir.

Ədliyyə Nazirlyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlimata görə, Penitensiar xidmətin vakant ştat vahidlərinin layiqli kadrlarla komplektləşdirilməsi məqsədilə "Penitensiar xidmətə qulluğa qəbul üzrə müsabiqə komissiyası" nın növbəti iclası keçirilib.

Aşkarlıq və şəffaflıq şəraitində 24 nəfər namizədin ədliyyə orqanlarında qulluğa qəbul olunması məsələsinə baxılıb.

Müsabiqədə iştirak edən namizədlərdən bilik və hazırlıq səviyyəsinə, peşə hazırlığına görə seçilən 19 vətəndaşın qulluğa qəbul olunması üçün Ədliyyə Nazirliyi qarşısında vəsadət qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti