...

Azərbaycanda şagirdlər arasında inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib

Cəmiyyət Materials 6 Aprel 2013 12:49 (UTC +04:00)
Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib.
Azərbaycanda şagirdlər arasında inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında inşa yazı müsabiqəsinin son mərhələsi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, artıq bu müsabiqə yeddinci dəfədir keçirilir və bu günədək müsabiqədə ümumilikdə 600 min nəfər şagird iştirak edib.

O qeyd edib ki, müsabiqə tam şəkildə mayda başa çatacaq, mükafatlandırma mərasimi mayın 4-də keçiriləcək.

"Azərbaycanda və bütün dünyada hamı bilir ki, müstəqil Azərbaycanın banisi Heydər Əliyevdir. Onun həyatı və fəaliyyəti hamımıza örnəkdir. Bu baxımdan gənclər və uşaqlar Heydər Əliyevin fəaliyyətini daha yaxından öyrənməlidirlər".

İnşa müsabiqəsi iki mərhələdə - rayon (şəhər) və respublika mərhələsində keçirilib, kvota üzrə Bakı şəhəri üzrə 11, peşə liseyləri üzrə 10, orta ixtisas məktəbləri üzrə 15 nəfər seçilib. Hazırda inşa müsabiqəsində 108 nəfər iştirak edir. Müsabiqənin qaliblərinin yazıları kitabça şəklində çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti