...

AMEA-nın prezidenti vəzifəsinə seçki aprelin 24-də keçiriləcək

Cəmiyyət Materials 8 Aprel 2013 16:59 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 24-də keçiriləcək ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçiriləcək. Bu barədə Trend-ə AMEA-nın akademik katibi Vaqif Fərzəliyev məlumat verib.
AMEA-nın prezidenti vəzifəsinə seçki aprelin 24-də keçiriləcək

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının aprelin 24-də keçiriləcək ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçiriləcək. Bu barədə Trend-ə AMEA-nın akademik katibi Vaqif Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, həmin gün həm də AMEA-nın Rəyasət Heyətinin üzvləri seçiləcək. Bununla yanaşı, AMEA-nın illik hesabatı da ümumi yığıncağın gündəliyinə daxil edilib.

"Seçkinin nəticələrinin nə zaman bilinəcəyi gedişatdan asılı olacaq. Adətən, bir gün ərzində bu prosedurların hamısı keçirilir", - katib deyib.

O, əlavə edib ki, prezident vəzifəsinə seçkilər AMEA-nın nizamnaməsinə uyğun keçirilir.

Qeyd edək ki, bu il fevralın əvvəlində AMEA prezidenti Mahmud Kərimovun vəfatından sonra bu vəzifəni vitse-prezident Akif Əlizadə icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti