...

"Azərsun Holdinq" və UNICEF-in imzaladığı memorandum çərçivəsində sosial layihəyə start verilib (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2013 17:04 (UTC +04:00)
“Azərsun Holdinq” ilə UNICEF arasında imzalanmış memorandum əsasında nəzərdə tutulan sosial layihəyə start verilib.
"Azərsun Holdinq" və UNICEF-in imzaladığı memorandum çərçivəsində sosial layihəyə start verilib (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Azərsun Holdinq" ilə UNICEF arasında imzalanmış memorandum əsasında nəzərdə tutulan sosial layihəyə start verilib. Bu münasibətlə "Park Bulvar" alış-veriş mərkəzində fəaliyyət göstərən "Bazarstore"da məhsulun satışa çıxarılması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard layihənin əhəmiyyətindən bəhs edib, "Azərsun Holdinq"in həyata keçirdiyi sosial layihələri yüksək qiymətləndirib. Holdinqin departament müdiri Afiq Səfərov holdinqin istehsalı olan "Sun" markası ilə yanaşı, digər markaların da korporativ sosial layihələr həyata keçirdiyini bildirib.

UNICEF-lə birgə həyata keçirilən layihənin məqsədi uşaqlarda əlilliyin erkən aşkarlanması, həmçinin uşaqlıq dövrünə xas olan əlillik hallarının azalması və qarşısının alınmasıdır. Bu məqsədlə holdinqin istehsalı olan "Sun paper" markası UNICEF-in müvafiq proqramına 25000 AZN vəsait ödəyib. Layihə çərçivəsində maarifləndirici fəaliyyətlər "Bazarstore"un bütün satış nöqtələrində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti